Azərbaycanda yaşamayan türkə vətəndaşlıq verilib

Azərbaycanda yaşamayan türkə vətəndaşlıq verilib
  10 Yanvar 2014    Oxunub:1372
Alamniyada doğulan türk əsilli futbolçu Toğrul Ərat Azərbaycanın yığma komandasında oynayacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yığma komandanın baş məşqçisinin onunla maraqlandığını deyən futbolçu bildirib ki, məşqçinin diqqəti onun xoşuna gəlib:

“Necə oldu bilmirəm. Mən onlara ancaq iki şəkil və bir neçə sənəd göndərdim, iki həftə sonra Almaniyada doğulan türk olmağıma baxmayaraq, azərbaycanlı oldum”.

Futbolçu vurğulayıb ki, o heç vaxt Azərbaycanda olmayıb və Azərbaycanla heç bir bağlılığı yoxdur, amma buna baxmayaraq iki həftə ərzində vətəndaşlıq alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti