Bu qurumun maliyyə vəziyyəti ürəkaçan deyil

Bu qurumun maliyyə vəziyyəti ürəkaçan deyil
  02 İyun 2020    Oxunub:4916
“Ötən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib”.

Azvision.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu, ilk növbədə "Bakı Metropoliteni" QSC-dir: “Burada bildiyiniz kimi gediş haqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilib”.

Nazir qeyd edib ki, “Azəristiliktəchizat” ASC-də də həmin cəmiyyət üçün müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən şirkət subsidiyalaşdırılır: “Ötən il müəyyən maliyyə yardımı göstərilib. Cari ildə “Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: SamirŞərifov  





Xəbər lenti