İqtisadiyyat Nazirliyindən
Azvision.az -a verilən məlumata görə, iyunun 2-də keçirilən monitorinqlər zamanı Suraxanı rayonunda “Hacının təndiri” ictimai iaşə obyektində, “Yek market”də, Binəqədi rayonunda “Ordubad quru meyvələri”, “Özbəkistan quru mevələri” mağazalarında, Sabunçu rayonunda “Dokta Aptek”də, Xəzər rayonunda "Al Market"də, Rafiq Şükürova məxsus mağazada, Xətai rayonunda “Təndir və kabablar” ictimai iaşə obyektində, “Kashmir”, “Nərmin Parfume” və “Senil Butik” mağazalarında, “Çay evi”ndə, Yasamal rayonunda “Qoç Ət” ictimai iaşə obyektində, “Bijuteriya” mağazasında, Şəkidə Cumay Məmmədov, Ramil İsmiyev, Yusif Qaffarov, Qara İdrisov, İlham Sədiyev, Rüstəm Hüseynova məxsus avtomobil ehtiyat hissələri mağazalarında, “Ucuzluq mağazası”nda, “Bazar Store”da, “Fontan kafesi”ndə, İsmayıllı rayonunda “Zeytun Aptek”də, “Araz Market”də, “Uğur Uşaq Geyimləri” mağazasında, Şabran rayonunda "Qayalı market"də, "Centron Home", "Emtu", "Optimal" mağazalarında, "Qala" restoranında, Cəlilabad rayonunda “Furqan market”də, “Vahid” və “Furqan Electronics” mağazalarında, Pərviz Həsənova məxsus bərbərxanada, Bərdə rayonunda “Əli inşaat” və “Texno Mart” mağazalarında, “Mak studio” və “Xatun studio” xidmət obyektlərində, Tərtər rayonunda "Zülfüqaroğlu" MMC-yə məxsus “Ticarət Mərkəzi”ndə, həmçinin “Soliton” mağazasında, “Çay evi”ndə və s. ticarət və xidmət obyektlərində ümumilikdə, gün ərzində monitorinq aparılan 400 obyektin 208-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Monitorinqlər davam edir.
Azvision.az