Yaxın günlərdə OPEC+ ölkələrinin iclası keçiriləcək

Yaxın günlərdə OPEC+ ölkələrinin iclası keçiriləcək
  04 İyun 2020    Oxunub:2990
Neft hasilatını azaltmaq üçün növbəti addımları müzakirə edəcək OPEC + ölkələrinin iclası yaxın günlərdə keçiriləcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Əlcəzairin Energetika naziri Məhəmməd Arkab deyib.

Onun sözlərinə görə, Əlcəzair iştirakçıların səmərəli əməkdaşlığını davam etdirməyə ümidlidir. Nazir vurğulayıb ki, qarşıdakı görüşlə əlaqədar bütün iştirakçı ölkələrdən müsbət siqnallar gəlir.

"Biz iki ayda hasilatın 9,7 milyon barel azalmasına nail olduq və may ayındakı vəziyyəti qiymətləndirdikdən sonra yaxın günlərdə OPEC-in iclasını keçirəcəyik ki, sazişi imzalayan 23 ölkə müsbət nəticələr verən bu səmərəli əməkdaşlığı davam etdirsinlər”.

Onun sözlərinə görə, Rusiya, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən istehsalın könüllü azalması neft bazarının əhəmiyyətli dərəcədə canlanmasına səbəb olub.

Xatırladaq ki, aprelin 12-də OPEC + ölkələri may-iyun aylarında neft hasilatını gündə 9,7 milyon barel, ilin ikinci yarısında 7.7 milyon və 202-ci il aprelin sonunadək isə 5.8 milyon barel azaltmağa razılaşıblar.

Dünən xüsusilə Qərb mediası yazırdı ki, OPEC + nümayəndələrinin iyun iclası istehsalın azaldılmasına dair kvotaların pozulmasında yaranan mübahisələrə görə baş tutmaya bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OPEC  





Xəbər lenti