1505 obyektdə sanitar-epidemioloji tələblər pozuldu

1505 obyektdə sanitar-epidemioloji tələblər pozuldu
  04 İyun 2020    Oxunub:2498
İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində keçirdiyi növbəti monitorinqlər zamanı da tələblərin pozulması faktları aşkar edilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, iyunun 3-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Tər Gül” ticarət mərkəzində, 4, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində, 14, Nərimanov rayonunda “Gənclik Mall”da, 2, Nəsimi rayonunda “28 Mall”da, 6 obyektdə, “SSİ retail" MMC-yə məxsus “New Yorker” mağazasında, Suraxanı rayonunda “Cənub Market”də və “Ekonom Market”də, Xəzər rayonunda "OBA Market”də, Mayis Ağayevə məxsus “Telefon aksesuarları” mağazasında, Elnur Quliyevin geyim mağazasında, Gəncə şəhərində Arif Əmirova, Elməddin Həsənova məxsus mağazalarda, “Sahil Dönər” ictimai iaşə obyektində, Mingəçevir şəhərində “Aptek Bəxtiyar”da, Abşeron rayonunda “Rahat Market”də və “Səma Market”də, Xətai Abbasova məxsus “Şərab evi”ndə, Cəlilabad rayonunda “Bizim İnşaat”, “Grand mebel” və Rəsul Məmmədova məxsus mağazalarda, Müşviq Murtuzova məxsus “Oboy evi”ndə, Ismayıllı rayonunda Elvin Mursaliyevə məxsus “Kafe”də, “Bolluq Market” və “Bol Market”də, Qəbələ rayonunda “Çay evi”ndə, “Oğuz dönər” və “Halal dönər”də, Zahid Ağayevə, Turan Əzizliyə, Orxan Soltanova, İldırım Mahmudova, Eynulla Əhmədzadəyə, Fikrət Qaffarova məxsus mağazalarda, Xaçmaz rayonunda "Sədərək", “Cehizlik aləmi” mağazalarında, "Məxməri çay evi”, "Lider dönər evi” ictimai iaşə obyektlərində və s. ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 373 obyektin 156-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Qeyd edək ki, mayın 22-dən iyunun 3-dək 3 158 sahibkarlıq subyektində monitorinq keçirilib və 1 505 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Azvision.az


Teqlər: Obyekt  





Xəbər lenti