TƏBİB əhaliyə müraciət etdi
Qeyd edilib ki, mümkün olduqca onlayn alış-verişə üstünlük verilməli, alış-verişə ailədən bir nəfər göndərməli, pik saatlarda mağazaya getməkdən çəkinməli və yaşayış yerinə yaxın mağazaya getmək lazımdır.
Eyni zamanda, xəstə olan şəxsin mağazaya getməməsi, mağaza daxilində asqırarkən və ya öskürərkən ağız və burnu salfetlə örtmək və ya dirsək bükümündən istifadə etmək bildirilib. Maska taxmaq və heç bir halda çıxarmamaq, əllə üzə toxunmamaq, digərləri ilə fiziki məsafə saxlamaq, ödəniş edilən kartı dezinfektantla təmizləmək, ödənişdən sonra spirt tərkibli dezinfektantla əlləri təmizləmək və evə qayıtdıqda əlləri mütləq su və sabunla yumaq məsləhət görülüb.
Azvision.az
Teqlər: TƏBİB