Ölkədə buğda və arpa biçini ilə bağlı son statistika

Ölkədə buğda və arpa biçini ilə bağlı son statistika
  06 İyun 2020    Oxunub:4109
Bu il Azərbaycanda 1 milyon hektardan artıq sahədə taxıl əkilib. Sahələrin 640.977 hektarı buğda, 369.240 hektarını arpa əkinləri təşkil edir.
Azvision.az -ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib. Onun sözlərinə görə, iyunun 5-dək ölkə üzrə taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb: "Ümumilikdə 57.977 ha sahə biçilib. Hazırda biçin əsasən arpa sahələrində aparılır. Bu günədək biçilmiş 57577 hektar arpa sahəsindən 171.808 ton məhsul yığılıb ki, bu da orta məhsuldarlığın 29,6 sent/ha təşkil etməsi deməkdir.



Biçin prosesinə hələlik 1079 kombayn cəlb olunub. Bunlardan 358-i "Aqrolizinq" ASC-nin biçin aparılan rayonlardakı aqroservislərində olan kombaynlardır. "Aqrolizinq" ASC tərəfindən hazırda biçin getməyən dağətəyi və dağlıq rayonlardakı aqroservislərdən Aran bölgəsinə 195 kombayn dislokasiya edilib.



Biçimdə iştirak edən digər 526 kombayn isə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan kombaynlardır. İyunun 5-dək "Aqrolizinq" ASC-nin kombaynların ilə 23226,7 hektar sahədə biçin aparılıb. Qalan sahələr isə hüquqi və fiziki şəxslərin kombaynların ilə biçilib. Ölkədə taxıl biçini davam edir".


Azvision.az


Teqlər: KTN  





Xəbər lenti