“Azeri Light”ın qiyməti 43 dolları ötüb

“Azeri Light”ın qiyməti 43 dolları ötüb
  06 İyun 2020    Oxunub:3562
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,97 dollar artaraq 43,38 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti