DGK büdcəyə 348,2 milyon manat köçürdü

DGK büdcəyə 348,2 milyon manat köçürdü
  08 İyun 2020    Oxunub:3046
Mayda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 348 milyon 222 min manat olub.
Komitədən Azvision.az -a bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 71 milyon 40 min manat, əlavə dəyər vergisi üzrə 263 milyon 451 min manat, aksizlər üzrə 10 milyon 656 min manat, yol vergisi üzrə isə 3 milyon 73 min manat təşkil edib.

Azvision.az


Teqlər: DGK   Büdcə  





Xəbər lenti