Olimpiada üçün ayrılan 13 milyard dollar oğurlanıb

Olimpiada üçün ayrılan 13 milyard dollar oğurlanıb
  13 Yanvar 2014    Oxunub:4167
Beynəlxalq Olimpiya Komitəsinin üzvü Jan-Franko Kasper Soçi Qış Olimpiadası üçün ayrılan 13 milyard dolların oğurlandığını bildirib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Jan Franko Kasper Soçidəki oyunlara Rusiya büdcəsindən ayrılan vəsaitlərin 30%-dən çoxunun oğurlandığını və bu mənimsəmə faktının miqyasına təəccüblənmədiyini söyləyib.

İsveçrənin SFR telekanalına müsahibəsində o, büdcədən 13 milyard dollar vəasitin mənimsdənildiyini dəqiqləşdirib. Kasperin fikrincə. Rusiya üçün bu adi haldır.

Layihənin özünü isə beynəlxalq idman məmuru prezident Vladimir Putinin piar layihəsi adlandırıb. Jan-Franko Kasperin fikrincə, Mixail Xodorkovskinin, Greenpeace aktivistlərinin və “Pussy Riot” pank qrupunun üzvlərinin azad olunmasını məhz Olimpiada öncəsi atılan siyasi gediş kimi dəyərləndirib.

Bundan öncə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü Almaniyanın “Die West” dərgisinə müsahibəsində Soçi Olimpiadasında 10 min həll olunmamış problemin olduğunu söyləmişdi. Lakin onun fikrincə, Putinin geniş maliyyə imkanları bu problemlərin öhdəsindən gəlməyə imkan verir.

AzVision.az



Teqlər:  





Xəbər lenti