Naxçıvanda 117 nəfərə əmək pensiyası təyin olunub
Qeyd olunub ki, əmək pensiyaçılarına pensiya ödənişinin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bu məqsədlə tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb, yerlərdə isə poçt bölmələri vasitəsilə ödənilib. Eyni zamanda əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi də diqqət mərkəzində saxlanılıb, həmin şəxslərə müvafiq məbləğdə vəsait ödənilib.
Pensiya hüququ yaranmış 117 vətəndaşa fond tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası təyin olunub. Bunlardan 91-i yaşa, 5-i əlilliyə, 21-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlardır.
Azvision.az