Gəmiçiliyin inkişafı haqqında hesabat hazırlanıb
Xəzər Dəniz Gəmiçiliyi fəaliyyətinin ilk günlərindən Azərbaycanda gəmiçilik sahəsində aparıcı beynəlxalq təcrübənin tətbiqinə, beynəlxalq standartların tələblərinə uyğun korporativ idarəetmə sisteminin təşkilinə ciddi diqqət ayırır və mütəmadi olaraq bu istiqamətdə işləyir. Gəmiçilik sahəsində şəffaflığın təmin edilməsi məqsədilə 2014-cü ildən maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun tərtib edilmiş maliyyə hesabatları ilə yanaşı, ASCO-da iki illik dövrü əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatların hazırlanmasına başlanılıb.
ASCO-nun 2014-2015-ci illəri əhatə edən ilk Dayanıqlı inkişaf haqqında hesabatı 2016-cı ildə hazırlanıb, beynəlxalq audit şirkəti tərəfindən audit olunaraq müsbət rəy təqdim edilib və Gəmiçiliyin rəsmi internet səhifəsində dərc olunub. Bununla da, ASCO Xəzər hövzəsində sosial korporativ məsuliyyəti üzrə fəaliyyətinə dair Dayanıqlı inkişaf haqqında hesabatını açıqlayan ilk gəmiçilik şirkəti olub.
Azvision.az
Teqlər: ASCO