Həmsədrlər ATƏT sədrilə görüşüblər
AzVision.az ATƏT-in saytına istinadən məlumat verir ki, qurumun fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter Berndə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Görüş zamanı ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib. D.Burkhalter onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərindən məmnun qaldığını ifadə edib.
Həmsədrlər və A.Kaspşik İsveçrənin Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye ilə görüşüblər.
Səbinə