Agentlik 50 min manat qonorar verdi
1996-2013-cü illərdə qeydiyyatdan keçirilmiş əsərlərin ümumi sayı – 9133-dür. Bu illər ərzində 2910 musiqi əsərləri, ədəbi 2274, elmi və tədris 1611,dizayn və dekorativ 770, toplular 333, multimedia əsədləri 61, fonoqramlar cə yayım təşkilatlarının verilişləri 39, məlumat bazaları na aid olan 11 əsər qeydiyyatdan keçib.
Agentlikdən bildiriblər ki, 2013-cü ildə qeydiyyatdan keçirilmiş əsərlərin sayı 578-dir.
2013-cü ildə istifadəçi təşkilatlar tərəfindən 92 min manatdan artıq müəllif qonorarı hesablanıb, 303 nəfər müəllifə köçürmə yolu ilə 50279 manat qonorar ödənilib.
Sevinc İltifatqızı