Deputatın ATV-dəki verilişi bərpa ediləcək

Deputatın ATV-dəki verilişi bərpa ediləcək
  16 Yanvar 2014    Oxunub:1095
ATV telekanalında yayımlanan "Sitatın sonu" verilişinin aparıcısı, millət vəkili Etibar Hüseynov verilişinin aqibəti ilə bağlı yeni açıqlama yayıb.
O, bildirib ki, məsələ ictimailəşəndən sonra veriliş yenidən bərpa edilib:

“Dünən axşam "Sitatın sonu"nun bağlanmasıyla baglı məsələ ictimailəşəndən sonra nəhayət ki, ATV rəhbərliyindən mənə telefon açıldı. Bildirildi ki, "Yeni il tətilləri"ylə baglı müəyyən texniki problemlər olub ve onlar da artəq həll edildiyindən bu həftədən etibarən proqram artıq efirdə olacaq. Bununla baglı yaranan anlaşılmazlıga görə də təəsüffləndiklərini bildirdilər. Ancaq bəzi məqamlar mənə yenə də qaranlıq qaldı. Əvvəla "Yeni il tətilləri"ndən kifayət qədər vaxt keçib, digər tərəfdən nəyə görə bu texniki problem ATV-nin digər irili-xırdalı onlarla proqramına deyil, məhz formatca ən kiçik həcmli verilişinə (xronometrajı 3-5 deq.) tuş gəldi. Və üstündən də az qala bir ay keçməsinə baxmayaraq bütün təkidlərimə rəğmən bu barədə yaradıcı kollektivdən heç kəsə məlumat verilmədi.?

Nə isə, məsələnin mahiyyətinə çox da varıb bəzi məqamları açıqlamaq istəmirəm. Keçmiş olsun deyirəm. Şənbə günü “Sitatın sonu"na baxmağı unutmayın”.

AzVision.az


Teqlər:  





Xəbər lenti