Əli Kərimli Milli Şuranı tərk edənlərə əsəbləşdi

Əli Kərimli Milli Şuranı tərk edənlərə əsəbləşdi
  16 Yanvar 2014    Oxunub:998
AXCP sədri Əli Kərimli Milli Şuranın bu gün keçirilən iclasında yeni təkliflə çıxış edib.

Əli Kərimli qeyd edib ki, müxalifətin birləşməsinə əsas faktor kimi baxıblar: `Müxalifət birləşsə, bir qütblü istiqamətdə hərəkət etsə həmçinin beynəlxalq dəstəyi də artırmış ola bilər. Müxalifətin bir arada olması məsələnin avtomatik həlli deyil. Təəssüf ki, bu yola çıxdığımız həmkarlarımızın hamısı ilə davam edə bilmirik. Hər dəfə kimsə bizi tərk edəcəksə, bu, bizdə tərəddüd yaradacaq? Hansısa səbəbdən kimsə yarı yolda fikrini dəyişib. Milli Şura fərdlərin qurumudur. Burda təsadüfi adam yoxdur. Hər dəfə deyirlər ki, biz yaxşı işləyə bilmirik. Axı kim iş görsün? Biz neçə müddətdir ki, Milli Şuranın sədrinə o səlahiyyəti yaratmamışıq ki, sessiya arası dövrdə bir qurum formallaşsın. Müzakirə aparsın. AXCP bundan sonra da təmənnasız şəkildə Milli Şura üçün fəaliyyətini davam etdirəcək. Milli Koordinasya Şurası yaratmağı təklif edirəm. Məncə biz bu gün bunu yarada bilərik`

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti