Dövlət qurumlarındakı korrupsiya faktları - SİYAHI
AzVision.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün baş tutan hesabat konfransında bildirilib ki, ötən il Sosial müdafiə sahəsində - 4 iş üzrə 16 vəzifəli şəxs, İcra hakimiyyətləri üzrə - 6 iş üzrə 8 şəxs, Bələdiyyələr üzrə - 9 iş üzrə 15 şəxs, Səhiyyə - 14 iş üzrə 22 şəxs, Təhsil - 14 iş üzrə 25 şəxs, Mədəniyyət və Turizm Nazirliyi 1 iş üzrə 1 şəxs, Rabitə Nazirliyi - 1 iş üzrə 1 şəxs, Nəqliyyat Nazirliyi - 2 iş üzrə 5 şəxs, Azərenerji - 5 iş üzrə 5 şəxs, bank və qeyri-bank təskilatları sahəsində - 18 iş üzrə 38 şəxs, təbiətin mühafizəsi sahəsində - 6 iş üzrə 9 şəxs, kənd təsərrüfatı - 2 iş üzrə 3 şəxs, ticarət sahəsində - 17 iş üzrə 18 şəxs, İqtisadi inkisaf sahəsində - 7 iş üzrə 12 şəxs, Prokurorluq - 1 iş üzrə, Polis - 1 iş üzrə, Ədliyyə - 2 cinayət işi, Dövlət Torpaq və Xəritəcekme - 2 iş üzrə 3 şəxs, FHN - 4 iş üzrə 6 şəxs barəsində araşdırma aparılıb və onlar cinayət məsuliyyətinə cəlb olunub.
Kamran Əliyev, həmçinin Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Fatimə Kərimli