Azərbaycan Afrikada humanitar aksiyalar keçirib - FOTO

Azərbaycan Afrikada humanitar aksiyalar keçirib - FOTO
  18 Yanvar 2014    Oxunub:1037
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi Kamerunda və Burkina-Fasoda humanitar aksiyalar keçirib.
Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində reallaşdırdığı “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyaları Kamerunda və Burkina-Fasoda keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Kamerunda keçirilən kampaniyada tunisli həkimlərlə yanaşı, Azərbaycan Respublikasının Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin iki cərrah-oftalmoloqu da iştirak edərək 57 nəfəri uğurla əməliyyat ediblər. Humanitar aksiyalar zamanı 2700-dən çox şəxs göz müayinəsindən keçib, Kamerunda 281, Burkina-Fasoda isə 455 görmə qabiliyyətini itirən şəxs ödənişsiz əsasda əməliyyat olunublar. Bununla yanaşı, yerli oftalmoloqlar üçün ixtisasartırma təlimləri təşkil edilib.

Bu aksiya Kamerunun və Burkina-Fasonun kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Qalereya




Teqlər:





Xəbər lenti