“Bakılı oğlanlar” klubunun üzvü həbs edildi
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ufa şəhərinin Oktyabr Rayon Məhkəməsinin qərarı ilə “Avropa” şirkətinin keçmiş icraçı direktoru Aleksandr Qersona və bu şirkətə məxsus binada klub icarəyə götürmüş Eynur Behbudova hökm oxunub. E.Behbudov 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Güclü yanğın məhz onun icarəyə götürdüyü klubda başlamışdı. 2011-ci ilin yanvarında baş vermiş faciə zamanı iki nəfər ölmüş, onlarla insan xəsarət almışdı.
Qeyd edək ki, Eynur Behbudov Azərbaycanın əfsanəvi “Bakılı oğlanlar” (“Parni iz Baku”) şən və hazırcavablar klubunun üzvü olub, bu komandanın tərkibində çıxış edərək bir çox mükafatlar qazanıb.
Teqlər: