Müsavatla AXCP barışa bilərmi?

Müsavatla AXCP barışa bilərmi?
  22 Yanvar 2014    Oxunub:1272
AXCP ilə Müsavatın arasındakı duelin sonu görünmür. Bəs bu çəkişmələrin hansısa şərtlər daxilində dayandırılması mümkündürmü?
Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlunun sözlərinə görə isə, Qarşı tərəf dialoq təklif edəcəyi təqdirdə bu, müzakirə oluna bilər: `Müsavat Partiyası bütün təklifləri dəyərləndirir. O cümlədən, belə təklif gələrsə, bunu müzakirə edərik`.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə AzVision.az-a açıqlamasında belə deyib:

- Müsavat partiyası indi elə mövqedədir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə hər hansı münasibətlər, danışıq mümkün deyil. İndiki halda Müsavatın Ümid Partiyası ilə və Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi təşkilatla münasibətlərin qurulması daha realdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti