Ombudsman polis bölmələrini yoxladı
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, başçəkmələrin məqsədi bu bölmələrdə saxlanılma şəraiti, rəftar və müvafiq sənədləşmənin araşdırılması olub.
Başçəkmələr zamanı polis bölmələrində saxlanılan şəxs olmamış, hər-hansı nöqsan aşkar edilməyib.
Habelə 38-ci polis bölməsinin standartlara cavab verən yeni binaya köçürüldüyü və burada ümumilikdə dörd nəfər üçün nəzərdə tutulmuş iki müvəqqəti saxlanma yerinin inşa edildiyi məlum olub.