Əhməd Orucdan `mavi`lərlə bağlı TƏKLİF

Əhməd Orucdan `mavi`lərlə bağlı TƏKLİF
  24 Yanvar 2014    Oxunub:1227
“Bu cür insanlara pis bir xəstəlik daşıyıcısı kimi baxılmalı, gözdən uzaq bir yerdə dəfn edilməlidir”.
Bakıda 20 yaşlı homoseksual gəncin intihar edərək özünü öldürməsi ölkədə böyük rezonans doğurdu. Sosial şəbəkələrdən tutmuş mətbuat səhifələrinədək bu mövzu müzakirə edilərək gündəmə çevrildi. Halbuki intihar edən LGBT sədri İsa Şahmarlının canına qıyan digər insanlardan əsas fərqi onun homoseksual olması idi. Bu da gözlənildiyi kimi cəmiyyət tərəfindən hamılıqla qəbul oluna bilməzdi.

Siyasi düşərgədən də homoseksual gəncin ölümünə reaksiya gəlib. AzVision.az-ın məlumatına görə, Azadlıq Partiyasının sədri Əhməd Oruc İsa Şahmarlı və eləcə də digər homoseksualların gözdən uzaq yerlərdə dəfn edilməsi təklif edib. Partiya sədrinin fikrincə, onların müsəlman kimi dəfn edilməsi qətiyyən doğru deyil:
“Bu məsələ o qədər də sadə məsələ deyil. Qəbristan bizim əzizlərimizin uyuduğu müqəddəs bir yerdir. Bizim bir millət olaraq milli, mənəvi dəyərlərimizə qətiyyən uyğun olmayan, ən pis əməl daşıyıcılarının bizim əzizlərimizlə yanaşı dəfn olunmasını və həmin yerə cinsi azlıqlarən yığılmasını normal bir kimsə qəbul etməz. Bu baxımdan mən kənd əhlini doğru hesab edirəm. Bu cür insanlara pis bir xəstəlik daşıyıcısı kimi baxılmalı, hakimiyyətin bu cür insanlar üçün ayırdığı, gözdən uzaq bir yerdə dəfn olunmalıdır. Onları müsəlman kimi dəfn edilməsi qətiyyən doğru deyil. Biz hansısa ....... görə milli mənəvi dəyərlərimizdən imtina edı bilmırik!”-deyə Ə.Oruc vurğulayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti