Şumaxerdən pis xəbər

Şumaxerdən pis xəbər
  26 Yanvar 2014    Oxunub:1432
Həkimlər xizəklə sürüşərkən yıxılan və hazırda komada olan əfsanəvi "Formula 1" pilotu Mixael Şumaxerin vəziyyəti ilə bağlı açıqlama veriblər.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər M.Şumaxerin vəziyyətinin son 3 həftə ərzində yaxşılaşmadığını və bundan sonra yaxşılaşma şansının az olduğunu deyiblər.

Açıqlamada qeyd olunur ki, bu saatdan sonra idmançının yaxşılaşma şansı az ehtimal olunur: "Nəzəri cəhətdən bu mümkündür, lakin bu vaxta qədər belə bir hala rast gəlinməyib.

Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd etmişdi".


Teqlər:





Xəbər lenti