Yeni Sosial Adaptasiya Mərkəzlari inşa olunur
istifadəyə veriləcək
Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzində gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnmələri, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılması nəzərdə tutulur. İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edilməsi məqsədinə xidmət edir.
Sosial Adaptasiya Mərkəzi isə penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq tədbirlər həyata keçirəcək.
Qeyd olunan yeni sosial obyektlərin bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.