Sabah Gülər Əhmədova şikayət verəcək

Sabah Gülər Əhmədova şikayət verəcək
  03 Fevral 2014    Oxunub:1019
Sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbovla ötən həftə görüşü planlaşdırılsa da görüş baş tutmayıb. Bu barədə vəkil Əfsər Talıbov AzVision.az-a özü məlumat verib.

Vəkilin sözlərinə görə, Gülər Əhmədova ilə görüş bu həftənin çərşənbə gününə təxirə salınıb.

“Gülər xanımla görüşə bilmədim. İşlərim çox olduğundan görüş alınmadı, həftənin üçüncü günü görüşəcəm”.

Ə.Talıbov həmçinin qeyd edib ki, sabah eks-deputatın şikayəti üzrə Ali Məhkəməyə kasassiya şikayəti veriləcək.

“Kassasiya şikayətini də hazırlayırıq, sabah Ali Məhkəməyə təqdim edəcəyik”.

Qeyd edək ki, keçmiş deputat Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Eks-deputat hökmdən Apellyasiya Məhkəməsinə şikayət etsə də bu, təmin edilməyib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti