Azərbaycanlı rektor Türkiyə universitetinin qonağı olub
Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında Anlaşma Memorondumu imzalanıb. Sözügedən müqaviləyə görə, universitetlər arasında bakalavr və magistratura səviyyəsində tələbələrin, eyni zamanda müəllim və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur. Bundan başqa, Bakı Slavyan Universiteti ilə Kadir Has Universiteti arasında birgə tədqiqatlar aparılacaq və layihələr gerçəkləşdiriləcək, birgə yay məktəblərinin təşkili də universitetlər üçün prioritet məsələlərdəndir.
Sonda Bakı Slavyan Universitetinin rektoru prof. Kamal Abdullayev səmimi qəbul üçün Kadir Has Universitetinin rektoru prof.dr. Mustafa Aydına təşəkkürünü bildirib.
Qeyd edək ki, Kadir Has Universiteti geniş beynəlxalq əlaqələri və yüksək səviyyəli kadrların yetişdirilməsinə görə Türkiyədə xüsusi nüfuza malik universitetlərdəndir.
AzVision.az
Teqlər: