Deputat qohumunun ölüm xəbərini yalanladı
AzVision.az Movqe.az-a istinadən xəbər verir ki, iki gün öncə Azərbaycanın millət vəkili Zahid Orucun yaxını da qarlı-şaxtalı havada faciəli şəkildə dünyasını dəyişib. Millət vəkilinin 42 yaşlı yaxını gecə işdən çıxaraq evə gələrkən buz üstə sürüşərək huşunu itirib. Köməksiz vəziyyətdə səhərə qədər buzun üstündə qalan həmin şəxs donaraq ölüb. Millət vəkili ötən bazar günü yaxınının yas məclisində iştirak edib.
Həmin şəxs Heydər Əliyev adına Hava Limanında çalışırmış. Z. Oruc xəbəri təsdiqləyərək hadisənin bir faciə olduğunu söyləməklə kifayətlənib.
***
Millət vəkili Zahid Oruc qohumun donaraq ölməsi haqda xəbərləri təkzib edib. Deputat həmin şəxsin onunla qohum olmadığını deyərək məlumatın cəfəngiyyat olduğunu bildirib.
AzVision.az