Heydər Əliyev prospektindəki uçqunla bağlı açıqlama
"Heydər Əliyev prospektində binanın uçması iki nəfər gəncin ölümünə səbəb oldu. Tikintidə bədbəxt hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarının pozulmasına görə baş verir. Binalara qoruyucu örtük salmırlar. Bizim təkliflərimizə icra hakimiyyəti orqanları laqeyd yanaşır. Binanın üstünə qalın örtük asılmalı idi”.
Deputatın bu sözlərinə görə, millət vəkili Adil Əliyevdən cavab gəlib. O, bildirib ki, Heydər Əliyev prospektində təhlükəsizlik qaydaları tam qaydasında olub. Orada polis işçiləri də durmuşdular ki, burdan keçməyin.
Millət vəkili qeyd edib ki, Bakı şəhərində tikinti normativ aktları tam qaydasındadır. İndi insanlar açıq görüb yolu keçiblər. İnsanların ürəyinə girib demək olmaz ki o yoldan keçməyin.
Sevinc