AMİP və ALP Rəsulzadəni unutdu?
Azərbaycan Liberal Partiyasının (ALP) sədri əvəz Temirxan AzVision.az-a Rəsulzadənin yubileyinə qatılmamasının səbəbini açıqlayıb.
“Biz Milli Şurada yoxuq, ona görə də onların keçirdiyi yubiley tədbirində iştirak etmədik. Etdiyimiz tədbirləri mətbuatda işıqlandırmırıq. Rəsulzadənin yubileyini necə qeyd etdiyimizə gəlincə isə partiya daxilində toplantılar keçirdik”-deyə Ə.Temirxan vurğulayıb.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə isə qeyd edib ki, bununla bağlı partiyanın baş qərargahında toplantı keçirilib:
“Biz partiyanın baş qərargahında Rəsulzadənin yubileyi ilə bağlı dəyirmi masa keçirdik. Hesab edirik ki, cənab prezidentin Rəsulzadənin yubileyi ilə bağlı verdiyi sərəncam yerində idi. Novxanıya gedib hər il olduğu kimi heykəlini və atasının məzarını ziyarət etdik. Hesab edirik ki, artıq Rəsulzaədnin nəşinin Azərbaycana gətirilməyinin vaxtıdır. İstəyirik ki, tədbirləri onun heykəli yox, məzarı qarşısında keçirək”.
Fatimə Kərimli