Qatarlarda WİFİ olacaq
Bu barədə AzVision.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları "Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı işlər görülür:
“Gələcəkdə Azərbaycan Dəmiryolları da WİFİ sisteminə keçəcək. Bu sisteminə keçid Dəmiryolunun planında var. Bununla əlaqədar olaraq Dövlət Dəmir Yollarında bir sıra işlər görülür. Dəmiryolunun WİFİ-ilə təmin olunması üçün əvvəlcə Rusiya Dəmiryolları Sisteminə qoşulmaq lazımdır”.
Mirvari Nəcəf