“Paxıl insanların nifrətinə tuş gəlmişəm” - Deputat
“Bu gün seçicilərlə görüşdüm. Görüşümüz çox səmərəli keçdi. Bəzi problemləri yerindəcə həll etdik. Bəzilərinin isə yaxın zamanlarda həll olunmasına nail oldum. Təbiidir ki, bəzi problemlərin həlli mənim səlahiyyətim xaricində olduğundan, onlara həll yolunu göstərib, məsləhətlər verdim.
Bu günü maraqla gözləyən dostlarımın nəzərinə çatdırmaq istəyirəm ki, məndən xoşu gəlməyənlərin heç biri, görüşümə gəlmədi. Elə fikirləşməyin ki, mən o insanların gəlmədiyini, onların yoxluğu kimi qəbul edirəm və sevinirəm. Onların mənim həyatımda olduqlarını da təbii qəbul edirəm. Əksinə, onların nə qədər aciz və cılız olduqlarını düşünürəm. Belə qənaətə gəlirəm ki, paxıl insanların nifrətinə və böhtanına tuş gəlmişəm. Paxıl adam bir dəfə ölmür; hər dəfə rəqibi haqqında tərifli sözlər eşitdikcə ölür”-deyə deputat vurğulayıb.
Millət vəkilinin bu statusu müxalifətə, daha dəqiq desək Müsavat partiyasına eyham vurduğu ehtimal edilir. Deputat konkret ad çəkməsə də son günlər Müsavat funksionerləri ilə yaşadığı qalmaqaldan sonra facebookda səsləndirdiyi ittihamların müxalifətə ünvanladığı qaçılmazdır.
AzVision.az
Teqlər: