İlham Əliyev icra başçılarını topladı

İlham Əliyev icra başçılarını topladı
  05 Fevral 2014    Oxunub:1218
Bu gün Heydər Əliyev Mərkəzində prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr edilən iclas keçirilib.

AzVision.az-ın məlumatına görə, iclasda rayon və şəhər icra başçıları iştirak edir.

Prezident iclasda giriş nitqi söyləyib.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

Pezident konfransda yekun nitqi söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti