Şabran sakini nazirliyi ayağa qaldırdı

Şabran sakini nazirliyi ayağa qaldırdı
  05 Fevral 2014    Oxunub:961
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran şəhərində 1 nəfər vətəndaşın beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən özünü atmaqla intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Aparılmış psixoloji danışıqlar nəticəsində vətəndaşın könüllü şəkildə enməsinə nail olub. Əməliyyat saat 12:40-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti