Həmsədrlər Nalbandyanla Qarabağı müzakirə edib
Edvard Nalbandyan Ermənistanın atəşkəs rejiminə riayət etdiyini və cəbhə xəttində baş verən insidentlərin sülhün əldə olunması üçün əngəl yaratdığını bildirib.
ATƏT nümayəndələri də öz növbəsində hər iki tərəfin 1994-cü ilin mayında əldə olunmuş və 1995-ci ilin fevralında bir daha təsdiqlənmiş atəşkəs haqqında müqaviləyə riayət etməli olduğunu xatırladıb. İlk növbədə cəbhə xəttindən snayperlərin geri çəkilməsi və insidentlərin araşdırılma mexanizminin yaradılması kimi məsələlər həmsədrlər tərəfindən önə çəkilib.
AzVision.az