Təhsil Nazirliyinə 2500 müraciət daxil olub
Y.Zeynalovun sözlərinə görə, yaşlılardan fərqli olaraq cavanlar elektron formada müraciət edə bilərlər: “Müraciətlərə xüsusi proqramlar vasitəsilə lazımi şöbələrə göndərilir. Və orada şikayət ərizələrinə baxılır. Şikayətlər məktəblər universitetlər, diplomların verilməsi, bəzən aidiyyatı olmayan şikayətlər də daxil olur. Bizdə elektron qeydiyyat sistemi yaradılıb. Elektron qeydiyyat sisteminə vətəndaşlar 146 telefon nömrələrinə zəng etməklə yaxud Məlumat Mərkəzinə gəlməklə şikayətlərini bizə çatdıra bilərlər”.
Nazirlik rəsmisi onu da əlavə edib ki müvafiq qanuna uyğun olaraq Məlumat Mərkəzinə edilən anonim zənglər qeydiyyata alınmır. “Vətəndaş şikayətinə rəsmi cavb verilməsini istəyirsə o zaman müraciət edərkən adlarını açıqlamalıdırlar”.
Nihadə Eyyubova