Olimpiada müddətində atəşkəs pozulmayacaq
“Twitter” mikrobloqundakı rəsmi səhifəsində bu barədə yazan Uorlik həm Azərbaycan, həm də Ermənistan prezidentinin bununla bağlı üzərilərinə götürdükləri xüsusi öhdəliklərə riayat edəcəklərini təsdiqlədiyini qeyd edib.
Bundan öncə, o , prezidentlərin yüksək səviyyədə keçiriləcək növbəti görüşünün tarixinin hələ müəyyən olunmadığını bildirmişdi.
Xatırladaq ki, fevralın 3-dən 5-ə qədər regionda səfərdə olan Minsk qrupu həmsədrləri Bakıda və Yerevanda prezidentlərlə görüşlər keçirmişdilər.
AzVision.az
Teqlər: