TQDK-dan 9-cu sinif şagirdlərinə xəbər var

TQDK-dan 9-cu sinif şagirdlərinə xəbər var
  06 Fevral 2014    Oxunub:6482
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi təhsil bazasında (9 illik) kolleclərə qəbul olmaq istəyən abituriyentlərinə müraciət edib.
Komissiyasının mətbuyat xidmətindən AzVision.az-a verilən məlumata görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul qaydalarında müəyyən dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, bu il buraxılış imtahanlarının nəticələri əsasında ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaqdır. Belə ki, 9-cu sinifi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə əsasən, ixtisas seçimi edə biləcəklər. Başqa sözlə, 9-cu sinifi bu il bitirən və kolleclərə qəbul olmaq istəyənlər üçün ayrıca imtahan keçirilməyəcək. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları (9-cu sinifi əvvəlki illərdə bitirənlər) üçün keçiriləcəkdir. Həmin imtahanın iyun ayının 29-da keçirilməsi nəzərdə tutulur.

Kolleclərə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanlarında bütün abituriyentlərin (həm əvvəlki illərin məzunu olanlar, həm də 2014-cü ilin məzunları üçün) yalnız ana dili və riyaziyyat fənlərindən bilikləri yoxlanacaq.


Teqlər:  





Xəbər lenti