TQDK ekspertlərin seçiminə başlayıb
İlkin olaraq TQDK-nın 5 regional bölməsində (Naxçıvan, Gəncə, Şəki, Lənkaran və Göyçay) orta məktəblərin Azərbaycan dili və riyaziyyat müəllimləri bu prosesə cəlb olunub. İştirakçı müəllimlər kompyuter arxasında əyləşərək hazırlanmış xüsusi proqramda ona təklif olunan sual kitabçalarını meyarlar əsasında qiymətləndirir.
Müəllimin verdiyi qiymətlər həmin meyarlar əsasında əvvəlcədən çıxarılmış etalon qiymətlərlə tutuşdurulur. Bundan sonra videobağlantı vasitəsi ilə region müəllimləri ilə müzakirə aparılır, onlarda yaranan suallar araşdırılır və izah olunur.
Qeyd edək ki, ekspert-markerlərlə seminarlar hər həftənin II və V günləri saat 15:00-da keçirilir.