Sərdar Cəlaloğlu Milli Şuranı yıxıb-sürüdü
O vurğulayıb ki, adı çəkilən qurumun fəaliyyəti formal xarakter daşıyır: “Nəzərdə tutulan Milli Şura faktiki olaraq yox oldu. Onun varlığını formal olaraq saxlayırlar. Milli Şuranın fəaliyyətini davam etdirməsi oradakı qüvvələrə xeyir etməsə buraxarlar. Amma bunun müxalifətə aiddiyatı yoxdur, sırf oradakı üzvlərlə bağlı məsələdir”.
Partiya sədri adı çəkilən qurumun bütün müxalifətin birliyi kimi təqdim olunmasına da etiraz edib. O bildirib ki, bütün müxalifət adı çəkilən quruma qoşulmadığına görə, belə fikir səsləndirmək əssasızdır.
“Milli Şuranın bütün müxalifətin birliyi olduğunu deyirdilər, amma bu sadəcə addır. Eldar Namazov da El hərəkatını yaratmışdı. O demək deyil ki, bütün Azərbaycan həmin hərəkatda idi. Bunlar belədi özlərinə sərf edəndə bir-birilərinə qəhrəman deyirlər, bir-birinə lazım olmayanda isə nifrət edirlər, savaşırlar. Əvvəl deyirdilər ki, yalnız milli Şuradakılar vətənpərvərdilər. İndi Müsavat Partiyası oradan çıxıb, deyirlər ki, satqındır, xəyanətkardır”-deyə S.Cəlaloğlu Milli Şuranı tənqid edib.
AzVision.az
Teqlər: