Türkiyədən qovulan jurnalist: “Fikrimdən dönməyəcəm”
“Yüz milyonlarla başın fəda olduğu qüdsi bir həqiqətə başımız da fəda. Dünyanı başımıza uçursanız da, bu müqəddəs vəzifədən dönməyəcəyik”-deyə, M.Zeynalov qeyd edib.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan azərbaycanlı jurnalist “Todays Zaman” qəzetinin müxbiri Mahir Zeynalovun ölkədən çıxarılmasını tələb edib.
Buna səbəb isə Mahir Zeynalovun hökumət əleyhinə və xüsusən də ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar etməsi olub. O, özünün twitter səhifəsində Ərdoğanı Əl-Qaidə təşkilatını dəstəkləməkdə ittiham edib.
Sevinc İltifatqızı