Televiziya ilə bağlı milli standartlar qəbul edildi
AzVision.az xəbər verir ki, qeyd olunan standart Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 24.01.2014-cü il tarixli 008 saylı əmri ilə təsdiq edilib və dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildiririk ki, qeydiyyata alınan standart, AZS ETSI EN 302 755 V1.3.1-2013 “Rəqəmli videoyayım” (DVB); ikinci nəsil yerüstü rəqəmli televiziya yayımı sisteminin (DVB-T2) kadr strukturu, kanalın kodlaşması və modulyasiyası” milli standartıdır. Hansı ki, həmin standartın tətbiqi rəqəmli TV yayımının keyfiyyət göstəricilərinin və ötürülmə sürətinin yüksəlməsi ilə televiziya yayımında son texnologiyaların tətbiqinə (HD TV, 3D TV və s.) geniş imkanlar yaradacaq.