“Azeri Light”ın qiyməti 55 dollara çatdı - YENİLƏNİB

“Azeri Light”ın qiyməti 55 dollara çatdı -  YENİLƏNİB
  07 Yanvar 2021    Oxunub:3138
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Azvision.az xəbər verir ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,79 ABŞ dolları artıb. Nəticədə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 54,73 ABŞ dolları təşkil edib.

***
09:37

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Azvision.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,66% artaraq 1 barelə görə 54,66 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,83% artaraq 51,05 dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti