Yanacaq bazarının dövriyyəsi 300 milyon manatadək artacaq

 Yanacaq bazarının dövriyyəsi 300 milyon manatadək artacaq
  05 Yanvar 2021    Oxunub:2099
Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması 2021-ci ilin sonunadək ölkədə yanacaq bazarının dövriyyəsini 300 milyon manatadək artıra bilər.
Bunu Azvision.az -a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən tənzimlənən yanacaq bazarı mövcuddur.

İ.Şaban hesab edir ki, ölkəyə idxal edilən avtomobillərin sayının tənzimlənməsi məqsədilə yanacağın qiyməti artırılıb.

"2013-cü ildə benzin və dizel, 2017-ci ildə isə benzin yenidən bahalaşdı. Əvvəllər ölkəyə 100 mindən çox avtomobil idxal edilirdisə, artıq sonrakı dövrlərdə 25 minə düşmüşdü. Cari ildə də artım müşahidə edilir. Bu il ölkəyə idxal ediləcək avtomobillərin sayı 50 mini keçəcək".



Ekspertin fikrincə, qiymətlərin artması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşmasına təsiri, neft emalı sənayesinin rekonstruksiyası və modernləşməsi işlərinin davam etməsi ilə əsaslandırılıb.

Dizel yanacağının ətraf mühitə təsirinin azaldılması məsələsinə gəldikdə isə, İ.Şaban bildirib ki, dizel yanacağından istifadə edən nəqliyyat vasitələri üçün əlavə vergilər tətbiq etmək lazımdır.

Azvision.az


Teqlər: Benzin   Dizel   Qiymət   Artım  





Xəbər lenti