Ötən il agentliyə 4101 vətəndaş müraciət edib

Ötən il agentliyə 4101 vətəndaş müraciət edib
  09 Yanvar 2021    Oxunub:1377
Keçən il elektrik enerjisi, təbii qaz təchizatı, istilik təchizatı və digər sahələrlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) birbaşa və Energetika Nazirliyindən daxil olan vətəndaş müraciətlərinin sayı 4101 olub.
Agentlikdən Azvision.az -a bildirilib ki, il ərzində elektrik enerjisi təchizatı ilə bağlı AERA-ya 3176, təbii qaz təchizatı üzrə 707 müraciət ünvanlanıb, 57 vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub, 161 müraciət digər məsələləri əhatə edib.

4101 vətəndaş müraciətinin 3317-si agentlik tərəfindən araşdırılaraq cavablandırılıb (38 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 26 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 333 müraciət hazırda baxılma prosesindədir. 244 müraciət məlumat xarakterli, 181-i isə qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Azvision.az


Teqlər: Müraciət  





Xəbər lenti