“Zığ-Hövsan Abşeron” yatağında hasilat azalacaq

“Zığ-Hövsan Abşeron” yatağında hasilat azalacaq
  09 Yanvar 2021    Oxunub:2759
2021-ci ildə “Zığ-Hövsan Abşeron” yatağından xam neft hasilatı azalacaq.
Azvision.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, cari ildə yataqdan 0,47 milyon barrel neft hasilatı gözlənilir. Ötən il “Zığ-Hövsan Abşeron”dan istehsal 0,48 milyon barrel, 2019-cu ildə isə 0,50 milyon barrel olub.

Qeyd edək ki, “Zığ” yatağı Bakının şimal-şərqində yerləşir və 1935-ci ildən sənaye işlənməsinə verilib. “Hövsan” yatağı isə Bakıdan 20 kilometr şərqdə, Abşeron yarımadasının cənubunda yerləşir və 1948-ci ildən sənaye işlənməsinə verilib.

Azvision.az


Teqlər: Yataq   Neft   Hasilat  





Xəbər lenti