Bakıda ictimai iaşə dövriyyəsi xeyli azalıb

Bakıda ictimai iaşə dövriyyəsi xeyli azalıb
  11 Yanvar 2021    Oxunub:2114
2020-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,1% azalaraq 457,9 mln. manat təşkil edib.
Bakı şəhəri Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 34,2% azalaraq 293,3 mln. manata bərabər olub.

Qeyd edək ki, azalma koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə paytaxt ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən baş verib.

Azvision.az


Teqlər: DSK   Obyekt  





Xəbər lenti