Yol qəzası 300 abonenti qazsız qoydu

Yol qəzası 300 abonenti qazsız qoydu
  12 Yanvar 2021    Oxunub:2057
Beyləqan rayonunun Kəbirli kəndində qəza törədən "VAZ-2107" markalı avtomobil yol kənarındakı qaz xəttini də zədələyib.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

"108 mm diametrində olan orta təzyiqli yerüstü qaz kəmərində qaz sızması qeydə alınıb. Bu səbəbdən 300 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəza briqadası hadisə yerindədir, müvafiq prasedurlar icra edilməklə fəsadlar aradan qaldırılır", - qurumdan bildirilib.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti