Azərbaycan-İran hökumətlərarası komissiyası toplanır

 Azərbaycan-İran hökumətlərarası komissiyası toplanır
  12 Yanvar 2021    Oxunub:2696
Bu ilin 18-19 yanvar tarixlərində Tehranda Azərbaycan-İran birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

Səfir iclasın ölkələr arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. O, Azərbaycanla həmsərhəd bölgələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqələrin qurulması üçün geniş imkanlar olduğunu və eyni zamanda, ixtisaslaşmış sərgilərin keçirilməsinə hazırlaşdıqlarını bəyan edib.

Səfir həmçinin, İran məhsullarının həm quru, həm dəmiryolu, həm də dəniz vasitəsilə daşınması üçün müştərək şirkətlərin yaradılmasını təklif edib.

Azvision.az



Teqlər: İran   Azərbaycan  





Xəbər lenti