Ötən il Naxçıvanda 772 yeni iş yeri açılıb

Ötən il Naxçıvanda 772 yeni iş yeri açılıb
  13 Yanvar 2021    Oxunub:1643
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2020-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Azvision.az -ın məlumatına görə, iclasda çıxış edən nazir Tapdıq Əliyev bildirib ki, 2020-ci ildə yüksək standartlara cavab verən müəssisələrin yaradılması, həmçinin sahibkarlığın inkişafının stimullaşdırılması diqqət mərkəzində saxlanılıb, sahibkarlıq subyektləri tərəfindən 153 layihə dövlət maliyyə dəstəyi və 16 layihə özəl investisiya olmaqla, 169 istehsal və xidmət sahəsi istifadəyə verilib, 772 yeni iş yeri açılıb. 33 layihənin icrası, sahibkarlara güzəştli kreditlərin verilməsi davam etdirilib.

Bəhs olunan dövrdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 142 layihənin maliyyələşdirilməsinə 15 milyon 577 min manat məbləğində güzəştli kreditlər ayrılıb. Bu kreditlərsənayenin, kənd təsərrüfatının inkişafına, xidmət sahələrinin yaradılmasına yönəldilib.

Muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssislərdə istehsal edilən bir neçə adda məhsul 12-dən çox ölkəyə ixrac olunub, həmin məhsulların ixracını asanlaşdırmaq məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 127 hаldа mənşə sertifikatının verilməsi təmin edilib.

Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat  





Xəbər lenti