Azərbaycanda ÜDM 4,3 faiz azaldı

Azərbaycanda ÜDM 4,3 faiz azaldı
  13 Yanvar 2021    Oxunub:2328
2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə qeyri-neft ÜDM-i 2,6% azalaraq 50 792,5 mln. manata enib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 262,8 manata bərabər olub və bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.

Azvision.az


Teqlər: Azərbaycan   ÜDM  





Xəbər lenti